
-
- 15-04-2025, 11:18
- 583
Bəy qayınanası ilə qaçdı - Qadın hamilədir
Türkiyədə Esra Erolun proqramında bəylə qayınana arasındakı "sevgi qalmaqalı" gündəm mövzusuna çevrilib.
News24.az xəbər verir ki, 21 yaşlı Cuma Doğan əlilliyi olan Dilek Şahinlə nişanlandıqdan sonra qayınanası Güldane Şahinin evinə tez-tez baş çəkməyə başlayıb və aralarında yaxınlıq yaranıb.
Güldane ilə Cuma arasında uyğun olmayan anların şahidi olan Dilek Şahin qatıldığı canlı yayımda anası və nişanlısı tərəfindən şiddətə məruz qaldığını bildirib. Bədbəxt gənc qız atası Turan Şahinlə birlikdə çıxış etdiyi proqramda anası Güldane Şahinin nişanlısı Cuma Şahini qaçdığını deyib.
Proqramda Güldanənin Cumadan 3 aylıq hamilə olduğu da öyrənilib.
Qeyd edək ki, Esra Erolun proqramına qatılan bəyin rahat rəftarı diqqət çəkib.
Esra Erol "Sizi yan-yana tapmağımızın səbəbi nədir?" və "Güldane xanımla niyə qaçdın?" sualına bəy "Evlənməyə qaçdıq" deyib.
Aparıcının “O nişanlının anasıdır, utanmırsan oğlum?” sualına bəy Cuma Doğan “Yox” cavabını verib.
Günel Məlikzadə
Həmin anları təqdim edirik:
