Harvard-a dövlət maliyyəsi KƏSİLDİ
    • 15-04-2025, 11:26
    • 277

Harvard-a dövlət maliyyəsi KƏSİLDİ

ABŞ prezidenti Donald Tramp administrasiyası Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq federal maliyyəni dondurduğunu açıqlayıb.

News24.az xəbər verir ki, buna səbəb universitetin Tramp administrasiyasının tələblərini rədd etməsidir. 

Bununla da Harvard Tramp administrasiyasının siyasətini dəyişdirmək üçün təzyiqinə müqavimət göstərən ilk böyük ABŞ universiteti olub

Qeyd edək ki, Ağ Ev keçən həftə Harvarda kampusda antisemitizmlə mübarizə üçün nəzərdə tutulduğuna dair tələblərin siyahısını göndərib. Bu tələblərə idarəetmədə dəyişikliklər, işə qəbul təcrübələri və qəbul prosedurları daxildir.

Harvard istəkləri rədd edib və Ağ Evin universitetləri "nəzarət etməyə" çalışdığını söyləyib.

Günel Məlikzadə