Təyyarə qəzaya uğradı: Pilot öldü
    • 15-04-2025, 11:49
    • 351

Təyyarə qəzaya uğradı: Pilot öldü

Avstraliyada təyyarə qəzaya uğrayıb.

News24.az  ABC News-a istinadən xəbər verir ki, fövqəladə hallar xidmətləri Avstraliyada yerli vaxtla səhər saat 7:15 radələrində təyyarənin qəzaya uğraması barədə məlumat alıb.

Təyyarə Broken Hilldən təxminən 260 kilometr şimal-şərqdə, White Cliffs uçuş-enmə zolağında qəzaya uğrayıb və pilot ölüb.

Qeyd edək ki, təyyarədə pilotdan başqa sərnişinin olmadığı bildirilən açıqlamada təyyarənin modeli ilə bağlı təfərrüatlar verilməyib.

Günel Məlikzadə