Şirkət rəhbərinə hökm oxundu
    • 15-04-2025, 12:25
    • 376

Şirkət rəhbərinə hökm oxundu

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Nurəddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

News24.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, onun barəsində 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

İttihama görə, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəyib. Rüfət Kərimov cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmaqda ittiham olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.