"Heç oldu gözümdə həyatın varı..." TACİRDƏN  ÜRƏK DAĞLAYAN PAYLAŞIM
    • 8-08-2019, 18:30
    • 756

"Heç oldu gözümdə həyatın varı..." TACİRDƏN ÜRƏK DAĞLAYAN PAYLAŞIM

Müğənni Tacir Şahmalıoğlu bu yaxınlarda vəfat edən anası ilə bağlı paylaşım edib.

O, anası ilə birgə fotosunu paylaşaraq hüznünü şerlə bildirib. Həmin şeiri təqdim edirik:

"Yağdı saçlarıma həsrətin qarı,
Heç oldu gözümdə həyatın varı.
Yeriyə bilmədim qəbrinə sarı,
Süründüm dizimi daşlar apardı.
İnana bilməzdim vüqarım sına,
Ürəyim dözmədi, ana, yasına.
Yaman öyrəşmişdim yaz havasına,
Üşüdüm, ömrümü qışlar apardı".