
-
- 15-04-2025, 14:44
- 353
Qardaş ölkədə hücum: Ölən və yaralananlar var
Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin olduğu avtomobilə hücum edilib.
News24.az xəbər verir ki, b *mbalı hücum nəticəsində 3 polis əməkdaşı ölüb, 19 nəfər yaralanıb.
Pakistanın baş naziri Şahbaz Şərif hücumu qınayıb və "belə hücumlarla mübarizəni" davam etdirəcəklərini vurğulayıb.
Onu da qeyd edək ki, milli media hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilə biləcəyini bildirib.
Günel Məlikzadə