Bir ildə 71 uşaq işçi öldü
    • 15-04-2025, 15:33
    • 280

Bir ildə 71 uşaq işçi öldü

Türkiyədə son bir həftədə üç uşaq işçi ölüb.

Türkiyədə 15 yaşından kiçik uşaqların işə götürülməsi qanunsuzdur. 

News24.az xəbər verir ki, 16-18 yaş arası uşaqların təhlükəli işlərə cəlb edilməməsi isə vacibdir.

Türkiyə İş Sağlamlığı və Təhlükəsizliyi Şurasının hesabatına görə, ötən il 71 uşaq iş yerində həyatını itirib. Qurumun koordinatoru Murat Çakır əsas səbəbin yoxsulluq olduğunu bildirib. Təcili olaraq uşaq əməyinin qadağan edilməsi lazım olduğunu vurğulayan Çakır, "Ən ağır hüquqi sanksiyalar və cinayət cəzası tətbiq edilməlidir" deyib.

Günel Məlikzadə