
-
- 15-04-2025, 16:27
- 295
İmamoğlu da daxil olmaqla 86 nəfər ifadə verir
Aralarında Əkrəm İmamoğlunun da olduğu 86 nəfərin ifadəsi alınmağa başlanıb.
CHP-nin 38-ci növbədənkənar qurultayı ilə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən Siyasi Partiyalar Qanununun 112-ci maddəsinə və digər müvafiq qanunvericiliyə uyğun olaraq aparılan istintaq davam edir.
News24.az xəbər verir ki, bu günə qədər 21 nəfərin şahid qismində ifadə verdiyi istintaqda, şahid ifadələrində adı çəkilən şəxslərin hesab hərəkətlərini araşdırmaq üçün Maliyyə Cinayətləri üzrə İstintaq Şurasının (MASAK) hesabatı iş materiallarına daxil edildikdən sonra şahid ifadələri, MASAK-ın hesabatı, SGK-nın qeydləri və müvafiq sənədləri nəzərə alınmaqla 86 şübhəlinin ifadəsi alınıb.
İstintaq çərçivəsində şübhəlilərdən CHP Ümumi Mərkəzinin vəkili Çağlar Çağlayanın ifadə verdiyi öyrənilib.
Eyni zamanda, şübhəlilər arasında CHP İstanbul İl sədri Özgür Çelik və jurnalistlər Şaban Sevinç və İsmail Saymaz da var.
Günel Məlikzadə