Tonlarla saxta spirtli içki ələ keçirildi
    • 15-04-2025, 16:28
    • 336

Tonlarla saxta spirtli içki ələ keçirildi

Kocaeli Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları dünən Körfez rayonundakı bir fabrikə basqın edib.

News24.az xəbər verir ki, həmin ünvanda aparılan axtarış zamanı 12 ton saxta spirt, 6 ədəd separator filtr aqreqatı, 12 başlıq doldurma və qablaşdırma qurğusu götürülüb.

9 şübhəli saxlanılarkən, barələrində “Qaçaqmalçılıqla Mübarizə Qanunu” çərçivəsində tədbir görüldüyü bildirilib.

Günel Məlikzadə