
-
- 15-04-2025, 16:41
- 310
Keyt Blanşett sənəti tərk edir
Oskar mükafatlı aktrisa Keyt Blanşett bir gün aktrisalıqdan ayrılacağını açıqlayıb.
News24.az xəbər verir ki, 55 yaşlı avstraliyalı aktrisa diqqət mərkəzindən kənarda qalmaq istədiyini və "həyatında etmək istədiyi çox şey" olduğunu söyləyib.
BBC Radio 4-də danışan ulduz məşhurluqla hələ də barışmadığını bildirib. Ən son "Qara Çanta" (2025) filmində baş rolu oynayan aktrisa "Hər dəfə bunu deyəndə ailəm göz süzdürür, amma mən ciddiyəm. Sənəti tərk etməkdə ciddiyəm. Həyatımda nail olmaq istədiyim o qədər çox şey var" deyib.
Günel Məlikzadə
