
-
- 16-04-2025, 02:21
- 538
Cənubi amerikalı oyunçu yayda "Barselona"dan ayrıla bilər
Uruqvaylı futbolçu Ronald Arauxo İspaniyanın "Barselona" klubundan ayrılacaq ilk namizədlərdən biridir.
News24.az xəbər verir ki, 26 yaşlı müdafiəçi baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.
Kataloniya təmsilçisi cənubi amerikalı oyunçu ilə yayda vidalaşmağın yollarını axtarır, lakin onu 65 milyon avrodan az məbləğə satmaq istəmir.
"Barselona" Arauxo üçün bu yaxınlarda 40+10 milyon avroluq təklifi rədd edib. Klub onun əvəzində Almaniyanın "Bayer 04" komandasında çıxış edən Conatan Tanı heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, İngiltərə təmsilçisi "Liverpul" Ronald Arauxo ilə yaxından maraqlanır.