
-
- 16-04-2025, 09:47
- 5 078
Türkiyədə güclü zəlzələ baş verdi
Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, saat 06:04-də episentri Nurhak olmaqla 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, zəlzələnin 6,98 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Bu gün səhər saatlarında baş verən zəlzələnin yaratdığı təkanlar bir çox nöqtədə hiss olunub. Eyni zamanda, qısa çaxnaşma yaranıb.
Günel Məlikzadə