Göygölə qar yağır - FOTO
    • 16-04-2025, 10:28
    • 433

Göygölə qar yağır - FOTO

Göygöl rayonunun Tülallar kəndinə qar yağır.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda kənddə qalın qalınlığı 6-sm çatıb. Kəndlə rayon mərkəzini təmin edən avtomobil yolunda çətinliklər yaranıb.

Hazırda yolun gediş-gəliş üçün işlək vəziyyətdə olması istiqamətində tədbirlər görülür.

Tülallar kəndi rayon mərkəzindən 35 km uzaqlıqda yerləşir. Kəndin 250-ə yaxın sakini var. Ərazidə mavi yanacaq da yoxdur. Sakinlər odundan istifadə edir. Qar yağışı bu saatlarda da davam etməkdədir.