
-
- 16-04-2025, 11:39
- 213
Obamadan Harvarda dəstək mesajı
ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Tramp administrasiyasının Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Harvard Universitetini hədəf almasını tənqid edib.
News24.az xəbər verir ki, Obama Harvard Universiteti rəhbərliyinin mövqeyini müdafiə edərək, akademik azadlığın qorunmalı olduğunu vurğulayıb.
"Harvard digər ali təhsil müəssisələri üçün nümunə göstərib. Akademik azadlığı cilovlamaq üçün qeyri-qanuni və səriştəsiz cəhdi rədd etməklə yanaşı, Harvarddakı bütün tələbələrin intellektual araşdırma, ciddi müzakirə və qarşılıqlı hörmət mühitindən faydalana bilməsini təmin etmək üçün konkret addımlar atıb", - Obama açıqlamasında bildirib.
Bu prosesdə Harvard rəhbərliyinin tutduğu mövqeyi vurğulayan Obama, digər universitetlərin də eyni şəkildə davranacağına ümid etdiyini bildirib.
Günel Məlikzadə