
-
- 16-04-2025, 12:05
- 234
Türkiyədə təyyarə təcili eniş etdi
Bursadan havaya qalxan təlim təyyarəsi Biləcikdə əkin sahəsinə məcburi eniş edib.
News24.az xəbər verir ki, Yenişehir Hava Limanında fəaliyyət göstərən özəl uçuş məktəbinə məxsus A210 tipli Ultra Light təyyarəsi tək tələbə uçuşu zamanı Biləcik yaxınlığındakı Pelitözü ərazisindəki tarlaya təcili eniş edib.
Təyyarənin arxa dirəyi qırılıb. İlkin məlumata görə, tələbə pilot xəsarət almadan xilas olub.
Əraziyə xilasetmə qrupları göndərilib və hadisə ilə bağlı araşdırma başlayıb.
Günel Məlikzadə

