
-
- 16-04-2025, 12:19
- 240
550 min dollarlıq dələduzluq
ABŞ-da məşhurların saxta imzalı xatirə əşyalarını sataraq yüz minlərlə dollar qazanan fırıldaqçı tutulub.
News24.az xəbər verir ki, 58 yaşlı Anthony J. Tremayne ttihamlar üzrə özünü təqsirli bilib və onu 20 ilə qədər həbs cəzası gözləyir.
Tremayne 2010-2019-cu illər arasında ümummilli müştərilərə saxta imzalı əşyalar göndərib. Üstəlik, bu məhsullarla "orijinallıq sertifikatı" da təklif edib.
Onu da qeyd edək ki, 2019-cu ildə Meksikanın Rosarito şəhərinə köçən Tremaynenin ümumilikdə 550 min dollar dəyərində saxta idman və məşhurların xatirə əşyaları satdığı məlum olub.
Günel Məlikzadə