Ermənistanda əsgər intiharları davam edir Gizir özünü asdı
    • 8-08-2019, 23:51
    • 1 051

Ermənistanda əsgər intiharları davam edir Gizir özünü asdı

Ermənistan ordusunun hərbi qulluqçusu intihar edib.
News24.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhifəsində məlumat yayıb.
O bildirib ki, hərbi hissələrdən birinin orkestrinin əməkdaşı, gizir Samvel Qarniki Mejlumyanın Gümrüdəki evində asılmış meyiti aşkar edilib.