“Antalyada Bayramovla razılaşdıq ki...” - Mirzoyan

“Antalyada Bayramovla razılaşdıq ki...” - Mirzoyan Siyasət

“Antalyada Azərbaycan və Türkiyə ilə aparılan danışıqlar tərəflərin mövqelərini uzlaşdırmağa imkan verdi”.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə keçirdiyi görüşləri şərh edərkən deyib.

Mirzoyan bildirib ki, yekun qərarların və razılaşmaların əldə edildiyini demək mümkün deyil.

“Lakin inkar etmək olmaz ki, müntəzəm təmaslar, aparılan müzakirələr tərəflərin bir-birinin mövqeyini daha aydın anlamağa imkan verir. Antalyada həmkarım Bayramovla görüşdə müəyyən irəliləyiş əldə etməyə çalışdıq, razılaşdıq ki, müzakirələr davam etməlidir”, - Mirzoyan bildirib.