Yağıntıların miqdarı artacaq - RƏSMİ

Yağıntıların miqdarı artacaq - RƏSMİ Gündəm

Hazırda yağıntıların davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.

News24.az xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb:

"Son 15 saat ərzində bölgələrdən asılı olaraq yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir. Bu da aylıq normadan 2 dəfə çoxdur".