Prezidentin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Prezidentin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər... Siyasət


Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.

Vurğulanıb ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.