Tarkan anasını son mənzilə yola saldı - VİDEO
Şou
Xəbər verdiyimiz kimi, məşhur müğənni Tarkanın anası Neşe Tevetoğlu bir müddətdir müalicə aldığı xəstəxanada ürək tutmasından dünyasını dəyişib. Avropa turnesi üçün Almaniyada olan Tarkan üzücü xəbəri alan kimi İstanbula gəlib.
News24.az xəbər verir ki, Tevetoğlunun cənazəsi səhər saatlarında Maltepe Cümhuriyyət məscidinə gətirilib.
Dəfn mərasiminin keçiriləcəyi Maltəpə Cümhuriyyət məscidi və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.
Sənətçi Tarkan başsağlığı qəbul edib və yaxınları onu tək qoymayıb.
Həmin anları təqdim edirik:
Günel Məlikzadə