Şahzadə Harri və atası arasında
    • 17-04-2025, 15:17
    • 246

Şahzadə Harri və atası arasında "iplər qopdu"

Şahzadə Harri bu yaxınlarda İngiltərədəki təhlükəsizlik tədbirləri ilə bağlı açdığı məhkəmə işinin dinləmələrində iştirak etmək üçün Londona uçub. Bu zaman atası Kral Çarlz da İngiltərədə idi. Bununla belə, Şahzadə Harri iki ildən artıqdır görmədiyi atası ilə görüşməyib.

News24.az xəbər verir ki, Kral Çarlzın xərçəng diaqnozu elan edildikdən sonra ata və oğul arasındakı bağ daha da zəifləyib. 

Şahzadə Harrinin yaxın ətrafı bildirib ki, Çarlz son üç səfər zamanı Harri ilə əlaqə saxlaya bilməyib.

Saray içindən olan mənbə hər iki şəxsin bir-birinə qarşı məsafə saxladığını və bunun aradan qaldırılması üçün heç bir ciddi səy göstərmədiklərini iddia edib.

Günel Məlikzadə