İki bina yandı
    • 18-04-2025, 11:42
    • 185

İki bina yandı

İstanbulda gecə saatlarında yaşayış binasında yanğın baş verib. Yanğın bir neçə dəqiqə sonra bitişik iki mərtəbəli binaya da yayılıb.

News24.az xəbər verir ki, məhəllə sakinləri yanğınsöndürən və polisə xəbər veriblər. Yanğınsöndürənlər içəridə olan iki nəfəri xilas ediblər.

Üç saatlıq işdən sonra alov nəzarət altına alınıb. Yanğınsöndürənlər binada axtarış aparıblar. Polis yanğının necə başladığını araşdırır.

Günel Məlikzadə