Avropa qapılarını Səudiyyəyə açır
Dünya
Avropa İttifaqının (Aİ) Səudiyyə Ərəbistanındakı səfiri Kristofer Farno, Səudiyyə Ərəbistanı vətəndaşlarının qısa müddətli vizalardan tamamilə azad olunması ilə bağlı işlərin davam etdiyini təsdiqləyib.
News24.az Gulf News-a istinadən xəbər verir ki, Aİ rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı vətəndaşlarının qısa müddətli viza öhdəliklərindən azad olunması üçün hazırlıqlar görülür.
Bu isə o deməkdir ki, həmin şəxslər Avropa İttifaqının 27 üzvündən ibarət Şengen zonasında sərbəst şəkildə səyahət edə biləcəklər.
Bu dəyişikliklər artıq Səudiyyə Ərəbistanı ilə Şengen bölgəsi ölkələri arasında səyahətin asanlaşdırılması baxımından əhəmiyyətli bir inkişafdır.
Günel Məlikzadə