
-
- 19-04-2025, 01:15
- 651
Müəllim hicablı şagirdini təhqir etdi
Samsunun İlkadım rayonunda Kazım Orbay İbtidai məktəbində təhsil alan 4-cü sinif şagirdi EA məktəbdə zorakılığa və psixoloji zorakılığa məruz qalıb.
News24.az xəbər verir ki, lakin bu zorakılığın səbəbkarı balaca oğlanın yaşıdları deyil, müəllimi olub. Ana Elif Özdemir Söylərin iddiasına görə, sinif müəllimi SY hicablı şagirdi EA-ya mobbing edib.
İddia olunurdu ki, balaca şagird hicablı olduğu üçün sinif yoldaşlarının gözü qarşısında müəllimi tərəfindən ağır təhqirlərə məruz qalıb, ondan kənarlaşdırılıb.
EA anasına bildirib ki, müəllim onu daim “ Əfqan, Suriyalı” adlandıraraq təhqir etməyə çalışır .
Səma