
-
- 19-04-2025, 00:33
- 632
7 gün ərzində ölkəni tərk etmələrini əmr edib
Talibandan qaçaraq 2021-ci ildə ABŞ-da məskunlaşan və yaşamaq icazəsi alan əfqanlardan 7 gün ərzində ölkəni tərk etmələrinin istəndiyi bildirilir.
News24.az xəbər verir ki, administrasiyasında immiqrantların xoş qarşılanmadığını dəfələrlə dilə gətirən Tramp bu dəfə yaşayış icazəsi olan immiqrantları hədəf alıb.
ƏFQANLAR DEPORTA EDİLƏ BİLƏR
2021-ci ildə ABŞ ordusunun Əfqanıstandan çıxarılmasının ardından ABŞ qüvvələrinə işlədikləri səbəbiylə ölkəyə giriş icazəsi alan əfqanlar deportasiya təhlükəsi ilə üzləşiblər.
“7 GÜN ƏRZİNDƏ ÖLKƏNİ TƏRK EDİN”
ABŞ Daxili Təhlükəsizlik Departamenti Şimali Karolina ştatının Raleigh və Durham şəhərlərində yaşayan əfqan qaçqınlara elektron məktub göndərərək onları yeddi gün ərzində ölkəni tərk etmələri, əks halda deportasiya və sanksiyalarla üzləşmələri barədə xəbərdarlıq edib.
“Heç bir xəbərdarlıq edilməyib”
Raleigh və Durhamda qaçqınlarla işləyən qeyri-kommersiya təşkilatı olan Refugee Hope Partners-in icraçı direktoru Amanda Herbert, "Heç bir xəbərdarlıq olmadı" dedi.
Səma