Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı

Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı Sosial


Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 120,8% və yaxud 2 milyard 27,9 milyon manat icra olunub.

News24.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% və yaxud 663,4 milyon manat çoxdur.

Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri faktiki xərclərin 25%-ni təşkil edib.