Onun qiymətini 100 milyona qaldırdılar
İdman
Frankfurt “Ayntraxt”ı 22 yaşlı hücumçu Uqo Ekitikenin qiymətini 80 milyon avrodan 100 milyon avroya qaldırıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “X” sosial jurnalisti Florian Plettenberq məlumat verib.
Mənbənin məlumatına görə, Frankfurt klubu gələn yay fransalı futbolçunun gedişinə hazırlaşır. Daha əvvəl mətbuat Ekitike ilə ə “Mançester Yunayted” və “Arsenal”ın maraqlandığını yazmışdı.
Bu mövsüm 22 yaşlı forvard bütün turnirlərdə 43 oyun keçirib, 21 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.