Qabil Fəqaninin yeni kitabları çapdan - ÇIXDI
Gündəm
Ədəbi mühitimizin tanınmış şairlərindən biri olan Qabil Fəqaninin iki yeni kitabı çapdan çıxıb.
News24.az xəbər verir ki, “Yad daş” və “Məndən sonra qalanlar” adlı əsərlər müəllifin poeziyaya bağlılığının daha bir sübutudur. Şair bu kitablarla türk millətinin köklərinə qayıdışına, milli yaddaşın oyanışına töhfə verməyi qarşıya məqsəd qoyub.
Qeyd edək ki, Qabil Fəqani daha əvvəl üç kitab müəllifi olub və uzun illərdir ki, mətbuatda elmi, bədii və publisistik yazılarla çıxış edir.