Sumqayıtda ticarət mərkəzində YANĞIN
    • 19-04-2025, 23:30
    • 425

Sumqayıtda ticarət mərkəzində YANĞIN


Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.