Aysun İsmayılova itkin düşdü - SON DƏDİQƏ!
    • 10-08-2019, 00:24
    • 3 076

Aysun İsmayılova itkin düşdü - SON DƏDİQƏ!

Sumqayıtda 14 yaşlı qız itkin düşüb.

News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhərin 1-ci mikrorayon, ev 8A/27, mənzil 28 ünvanında qeydiyyatda olan İsmayılova Gülbadam Nəsir qızı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 4-ü, təxminən saat 15 radələrində 2005-ci il təvəlludlu qızı - İsmayılova Aysun Əli qızı yaşadığı evin həyətindəki marketdən çörək almaq adı ilə evdən çıxaraq, naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

İsmayılova Aysunun əlamətləri: boyu, təxminən, 155 sm, gözlərinin rəngi qara, orta bədən quruluşlu, qarabəniz sifəti və qara rəngdə saçı var. Evdən çıxarkən əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və ayağında ağ rəngli ayaqqabı olub.

Məlumatı olanlardan (018 ) 64-4-41-15, 050-353-05-97 nömrəli telefonlara zəng etmələri xahiş olunur