Həbsxanalara hücum edildi

Həbsxanalara hücum edildi Dünya

Fransada həbsxanalara yeni hücumlar həyata keçirilib.

News24.az xəbər verir ki, bununla bağlı Fransanın ədliyyə naziri Cerald Darmanin açıqlama verib.

Nazir Darmanin X sosial media hesabındakı paylaşımında "həbsxana işçiləri yenidən hücumlarla hədəfə alınır" məlumatını paylaşıb.

Darmanin hücumlarda heç kimin xəsarət almadığını, lakin "həbsxanalarda nizam və hakimiyyətin bərpa olunduğu bir dövrdə" həyata keçirilən bu hücumların dövləti "alçaltmaq" xarakteri daşıdığını vurğulayaraq, cinayətkarların tez bir zamanda tutulmasını istəyib.

Darmanin, "Mən bilirəm ki, Daxili İşlər Nazirliyinin cinayətkarları tez bir zamanda tutmaq və bu xaosa son qoymaq əzminə arxalana bilərəm".

Günel Məlikzadə