Qoxu dəhşətli qətli ortaya çıxardı

Qoxu dəhşətli qətli ortaya çıxardı Dünya

Türkiyədə bir mənzili bürüyən qoxudan narahat olan sakinlər polislərə xəbər verivlər. 

News24.az xəbər verir ki, xəbərdarlıq əsasında yaşayış binasına yanğınsöndürmə briqadaları göndərilib. Yanğınsöndürən qrupların səylərindən sonra evə daxil olub.

Evdən hamilə qadının cəsədi tapılıb. Bunun üzərinə polis, sağlamlıq qrupları və hadisə yeri araşdırma qrupları evdə araşdırma aparıb. Meyitin 28 yaşlı hamilə Elif Civilə aid olduğu müəyyən edilib. Elif Civilin bıçaq yaraları ilə öldürüldüyü və cəsədin 10 gündən çox evdə qaldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə