“Real” nüfuzlu mükafata sahib çıxdı
İdman
“Real” 2024-cü ilin ən yaxşı komandası seçilib.
News24.az xəbər verir ki, bu, Madriddə keçirilən “Laureus” mükafatlarının təqdimetmə mərasimində müəyyənləşib.
Madrid klubundan savayı mükafat uğrunda “Boston Seltiks”, “Barselona” (qadınlardan ibarət komanda), “McLaren”, kişilərdən ibarət İspaniya milli komandası və ABŞ kişi basketbol milli komandası da mübarizə aparıb.
2024-cü ildə “Rea” kubok kolleksiyasına La Liqa, İspaniya Superkuboku və Çempionlar Liqasını əlavə edib./publika