Goranboyda avtomobil piyadanı vurdu

Goranboyda avtomobil piyadanı vurdu Hadisə

Goranboyda yol-nəqliyyat hadisəsi zamanı avtombil piyadanı vurub, sonra isə digər maşınla toqquşub.

News24.az Bizim.Media-ya istinadla, hadisə Bakı-Qazax avtomobil magistralının Nadirkənd kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1976-cı il təvəllüdlü Məlahət Abbasovanı vurub. Bu zaman onun arxasınca həmin yolda hərəkət edən "Hyundai" markalı avtomobil isə "Opel”ə çırpılıb.

Xəsarət alan piyadanın vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.