"Mən "mama uşağıyam", anamın sözündən çıxmıram" - Kamil Zeynallı
Şou
Fitnes məşqçi Kamil Zeynallının sözləri ilə marağa səbəb olub.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, idmançı qonaq olduğu efirdə zarafatından geri qalmayıb.
Aparıcı Elşən Orucovun "şou biznes xanımları ilə münasibətin yaxşıdır" eyhamına özünəməxsus cavab verib:
"Hamısı ilə yaxın deyilik ancaq bir-birimizə hörmətimiz var. Verilişdən verilşə görüşürük xətirlərini istəyirəm. Belə haradasa çaya yeməyə oturaq məsələsi yoxdur. Anam qoymur. Mən "mama uşağıyam" anamın sözündən çıxmıram".