Küləyin sürəti 112 m/s-yə çatdı - YÜZLƏRLƏ İNSAN XƏSARƏT ALDI
    • 10-08-2019, 15:02
    • 757

Küləyin sürəti 112 m/s-yə çatdı - YÜZLƏRLƏ İNSAN XƏSARƏT ALDI

Güclü küləyə görə yüzlərlə insan xəstəxanalara müraciət edib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 465 nəfər xəsarət alıb. Qum qasırğası əsasən İranın cənub-şərq bölgələri Sistan və Belucistan bölgələrində qeydə alınıb.

Rəsmi açıqlamada küləyin sürəti 112 m/s-yə çatıb. Xəsarət alan 465 nəfərdən 127-si xəstəxanaya yerləşdirilib. Digərləri isə müayinə edilərək evə buraxılıb.