Nurməhəmmədov Bakı ilə bağlı PAYLAŞIM ETDİ
Gündəm
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Təğir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı bu barədə instaqram hesabında foto paylaşıb.
Qonaqpərvər Azərbaycana Təğir Ulanbekov ilə birlikdə gələcəyik. Yalnız qələbə”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq./Bizim.Media