Heyli Biberin xəstəliyi nədir?
Şou
Dünya şöhrətli müğənni Castin Biber və model həyat yoldaşı Heyli Biber 2018-ci ildə ailə həyatı qurub. Keçən ilin may ayında ilk övladlarını gözlədiklərini açıqlayan cütlüyün avqust ayında körpələri dünyaya gəlib.
News24.az xəbər verir ki, Heyli Biber oğulları Cek Blyuzu dünyaya gətirib. İlk dəfə ana olma sevincini yaşayan 28 yaşlı model sosial media hesabında səhhəti ilə bağlı açıqlama yayıb.
Heyli paylaşımında hazırda iki yumurtalıq kistası olduğunu bildirib:
"Hazırda iki yumurtalıq kistam var. Yumurtalıq kistası olan hər kəsə demək istəyirəm ki, yanınızdayam."
Günel Məlikzadə