Mahir Polat xəstəxanaya yerləşdirildi

Mahir Polat xəstəxanaya yerləşdirildi Hadisə

Aprelin 9-da ev dustaqlığı qərarı çıxarılan İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Mahir Polat qan təzyiqi səbəbilə səhər saatlarında Şişlidəki özəl xəstəxanaya gəlib.

News24.az xəbər verir ki, müayinələr üçün xəstəxanaya gələn Polatın təzyiqi yüksək olduğu üçün həkiminin məsləhəti ilə xəstəxanaya yerləşdirilib.

Mahir Polatın səhhətinin həkimləri tərəfindən yaxından izləndiyi açıqlanıb və ehtiyat tədbiri olaraq iki gün xəstəxanada qalacağı öyrənilib.

Qeyd edək ki, Mahir Polatın xəstəxanaya yerləşdirildiyini öyrəndikdən sonra İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu və oğlu Mehmet Səlim İmamoğlu xəstəxanaya gəlib.

Günel Məlikzadə

Mahir Polat xəstəxanaya yerləşdirildi