Hərbi hissədəki PARTLAYIŞ: - 7 yaşayış məntəqəsi BOŞALDILIR

Hərbi hissədəki PARTLAYIŞ: - 7 yaşayış məntəqəsi BOŞALDILIR Dünya


Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda yerləşən hərbi hissədə baş verən yanğınla əlaqədar vilayətin yeddi yaşayış məntəqəsindən sakinlər təxliyə edilir.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bunlar Barsovo, Mirnı, Qribanovo, Xrapki, Perşino, Dubki kəndi və qəsəbəsidir.

Kirjaç şəhərində məktəblərdə və icma mərkəzlərində müvəqqəti yaşayış yerləri yaradılıb. Sakinlər hələlik orada məskunlaşacaqlar.