Atambayev danışmaqdan imtina etdi
    • 10-08-2019, 20:33
    • 832

Atambayev danışmaqdan imtina etdi

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev istintaq orqanları ilə əməkdaşlıq etməkdən imtina edib. 
News24.az xəbər verir ki, bu barədə “İnterfaks” eks-prezidentin vəkili Sergey Slesaryevə istinadla məlumat yayıb. 
O bildirib ki, Atambayev hüquqlarının pozulduğunu bəyan edir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs öz rəsmi nümayəndəsindən savayı, heç kimlə ünsiyyətə girmək istəmir. 
Atambayev qeyri-qanuni hərəkətlərə görə istintaq komitəsinin üzvləri ilə belə danışmaq istəmədiyini deyib. 
O, öz hüquqlarının bərpasını, Konstitusiya və Cinayət Məcəlləsi kodekslərinə əməl edilməsini tələb edib. 
Xatırladaq ki, Almazbek Atambayev 2 gün əvvəl xüsusi xidmət orqanlarına təslim olub, onun avqustun 26-na kimi həbsdə qalacağı haqda qərar verilib.