İki yeniyetmə göldə boğuldu
    • 4-07-2018, 14:50
    • 1 449

İki yeniyetmə göldə boğuldu

Bərdə rayonunda iki gənc göldə boğularaq ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, rayonun Türkman kənd sakinləri -  2002-ci il təvəllüdlü Hacıyev Təhmasib İldırım oğlu və onun dostu, 2004-cü il təvəllüdlü Tahirov Sahil Sahib oğlu  Tərtər çayının rayon ərazisindən keçən hissəsində, çayın ətrafında yaradılmış süni göldə çimərkən boğulublar.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.