Bakının erməni idmançılarla bağlı təklifinə İrəvandan - CAVAB
Siyasət
Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andresyan Azərbaycanda keçiriləcək III MDB Oyunlarında erməni idmançıların iştirakı ilə bağlı Bakının dəvətinə münasibət bildirib.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, Andresyan Azərbaycanın dəvəti ilə bağlı müzakirə aparıldıqdan sonra qərar veriləcəyini söyləyib.
“Bu məsələ müxtəlif hallardan, o cümlədən Azərbaycanda görüləcək təhlükəsizlik tədbirlərindən asılıdır. Mövcud məlumatlar və vəziyyət nəzərə alınaraq müvafiq qərar veriləcək”, – Andresyan bildirib.
Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti oyunlarda iştirak üçün digər ölkələrlə yanaşı Ermənistana da dəvətin göndərildiyini açıqlayıb.