İstanbul 6.2 bal gücündə silkələnərkən təmizliyə davam etdi - VİDEO
Gündəm
İstanbulun Silivri bölgəsində dünən saat 12:49-da baş verən 6.2 bal gücündəki zəlzələ böyük təşvişə səbəb olub.
News24.az xəbər verir ki, saatlar ərzində onlarca afterşok baş verərkən, zəlzələ anında çəkilən bir görüntü qısa müddətdə böyük maraq doğurub.
Milyonlarla insan sarsıntının təsiri ilə küçələrə çıxarkən, bir qadının evində təmizliyə davam etdiyi anlar müşahidə olunub.
Mobil telefonla çəkilən görüntülərdə 6.2 bal gücündəki zəlzələnin İstanbulda hər şeyi beşik kimi silkələdiyi anda qadının əlindəki bezlə pəncərələri silməyə davam etməsi diqqətdən yayınmayıb.
Məryəm İlhamqızı