Yeməyini bitirməyənlər cərimə olunur  - Restorandan qəribə şərt
    • 12-08-2019, 14:10
    • 972

Yeməyini bitirməyənlər cərimə olunur - Restorandan qəribə şərt

Çex Respublikasında restoranlardan birinin rəhbəri öz müştərilərinə qəribə şərt qoyub. 

News24.az-ın xarici mətbuat istinadla verdiyi xəbərə görə, restoran sahibi gələn müştərilərdən yeməyi israf etməməyi, onu sonadək yeməyi tələb edib. 

Əks halda, restoran qabında yemək saxlayan şəxsi cərimə edir. Müştərilər yalnız yeyə biləcəyi qədər yemək götürə bilər.

Yemək yeyən hər bir müştərinin qabı restorandan çıxmazdan əvvəl mətbəxdə yoxlanılır. Əgər həmin şəxs yeməyini sonadək yeməyibsə, o zaman (50 kron) 4 manata qədər cərimə ödəyir.