Kütləvi qida zəhərlənməsi: - 56 tələbə...

Kütləvi qida zəhərlənməsi: - 56 tələbə... Hadisə

İskilipli Atıf Hoca Qız Tələbə Yurdunda bəzi tələbələr dünən axşam yemək yedikdən bir müddət sonra özlərini pis hiss ediblər.

News24.az xəbər verir ki, qida zəhərlənməsi şübhəsi ilə Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına müraciət edən 25 tələbə müalicəyə alınıb. 

Müalicəsi tamamlanan tələbələr yataqxanaya geri qayıdıb.

Gecə saatlarında isə eyni şikayətlərlə xəstəxanaya müraciət edən daha 31 tələbə də müalicə olunaraq yataqxanaya göndərilib.

Tələbələrin menyuda yer alan toyuq yeməyindən təsirlənmiş ola biləcəyi ehtimal edilir.


Məryəm İlhamqızı