-
- 12-08-2019, 16:00
- 1 106
Yer Kürəsinə asteroid yaxınlaşır Amma bundan daha qorxuncu...
Misirdəki ən böyük ehram olan Xeopsdan daha böyük asteroid Yer Kürəsinə doğru gəlir.
News24.az-ın “Ria-Novosti” yə istinadla verdiyi xəbərə görə, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi bununla bağlı xəbərdarlıq yayıb.Bildirib ki, “potensial təhlükəli” göy cismi avqustun son günlərində Yerə yaxınlaşaçaq.
Diametri 160 metr olan “2019 OU1” planetimizə Veneradan 40 dəfə yaxın olacaq.
Onun Yerə təxminən avqustun 28-də tam yaxınlaşacağı ehtimal edilir. Asteroid saatda 46,7 min kilometr sürətlə hərəkət edir.
Xatırladaq ki, daha öncə də Avropa Kosmik Agentliyi Yer üçün potensial təhlükəli olan asteroidlərin siyahısını yeniləmişdi.
Bundan sonrakı tarixdə isə Yer üçün təhlükəli olan asteroid 2006QV89-dur. Onun planetimizlə burun-buruna gələcəyi tarixsə sentyabrın 9-na təsadüf edəcək.
Daha bir nəhəng asteroidlə toqquşma ehtimalı isə 2095-ci ilə təsadüf edəcək. Hazırda bu asteroid Yer Kürəsindən 6,7 kilometr uzaqdadır. Onunla Yer Kürəsinin toqquşma ehtimalı əvvəlkilərlə müqayisədə daha çoxdur.