Toy karvanında maşını arxa-arxaya sürüb “şou” göstərdi - NH070 22 - VİDEO

Toy karvanında maşını arxa-arxaya sürüb “şou” göstərdi - NH070 22 - VİDEO Hadisə

Masallıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, NH070 22 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü maşını arxa-arxaya sürüb. Belə ki, o, toy karvanında təhlükəli manevrlər edərək “şou” göstərib. Hətta sürücü sola manevr edən zaman hərəkətdə olan maşına dəyməkdən son anda yayınıb. Ardınca o, maşını idarə edən vaxt əl-qol hərəkətləriylə videonu çəkən digər avtomobildəki sərnişinlə danışıb.