PUA-ların istismarı, qeydiyyata alınması qaydaları təsdiqləndi

PUA-ların istismarı, qeydiyyata alınması qaydaları təsdiqləndi Siyasət

“Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları” təsdiqənib.

News24.az Teleqraf -a istinadən  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

PUA-ların qeydiyyatını, əməliyyat icazəsi, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.


Bu Qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:


maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;


uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.


PUA-ların qeydiyyatı, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin (bundan sonra – PUAS) istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.


PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçirilir.